Pleyeri seçin:

Qisas üçün qonaq kimi çağırdı, sonra... | Ağstafadakı dəhşətli hadisənin detalları

09 yanvar 2025 761 baxış

Ağstafada iki gəncin mübahisəsi cinayətlə yekunlaşıb. Məlumata görə, rayon sakinləri Alim Məmmədov və Turan Nəsibli arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

İddialara görə, Alim Məmmədov bir neçə dostu ilə birgə Turan Nəsiblini çay kənarına apararaq onu döyüb, telefona çəkərək üzr istədib və görüntüləri müəyyən şəxslər arasında yayıb. Bundan sonra T.Nəsiblinin atası 53 yaşlı Şəmkir Nəsibov A.Məmmədovu evinə qonaq dəvət edib, daha sonra bir neçə şəxslə onun əllərini bağlayaraq döyüb, kəsici-deşici alətlərlə xəsarətlər yetirib.

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının həkimi Teyyub Carçıyev bildirib ki, 3 yanvar 2025-ci il tarixində gecə saat 02:50 radələrində zərərçəkmiş kişi cinsli şəxs başın çoxsaylı deşilmiş yarası, sağ gözün hematoması, kürək nahiyəsinin cırılmış yarası, qançırları ilə adıçəkilən xəstəxananın Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub və xəstəyə lazımi tədbirlər göstərilib:

"O, 6 yanvar 2025-ci il tarixində xəstəxanadan buraxılıb".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 53 yaşlı Şəmkir Nəsibov və onun oğlu 19 yaşlı Turan Nəsibli saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Fakta görə, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla həmin şəxslərə ittiham elan olunub və barələrində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən görüntülərdə əks olunan və ümumilikdə cinayət hadisəsində birbaşa və ya bilavasitə iştirakının olduğu şübhəli bilinən şəxslərin də məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 761 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 761 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 761 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 761 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 761 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 761 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 761 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 761 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 761 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 761 baxış
Seçilmişlər
icon