Qıza deyib, müəllimə deyərsən ki, Saray getdi... | Kürdə yeniyetmənin meyiti tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
2024-cü il dekabrın 24-də Kür çayının Zərdab rayonunun Əlvənd kəndi ərazisindən keçən hissəsində batan 13 yaşlı yeniyetmə qızın meyiti yanvarın 2-də batdığı yerdən təqribən 15 kilometr aralıda, Kür çayının Kürdəmir rayonu Söyüdlər kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Aran Regional dalğıc-axtarış qrupunun əməkdaşları meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
“Uşağı səhər dərsə yola salmışdım. Qardaşı ilə birlikdə evdən çıxmışdılar. Yolda məktəbdə işləyən xadimə ona “Gəl, birlikdə gedək” desə də, Saray “Sən get, mənim işim var, adam gözləyirəm” deyib. Sonra gözlədiyi qıza “İlkin müəllimə deyərsən ki, Saray Kürə getdi” deyib. Aralarında nə baş verdiyini bilmirəm.
Dekabrın 4-də də ad günü idi, anası zəng etmişdi. Nə qədər desək də, onunla danışmaq istəmədi. Anası üç il əvvəl uşaqlarını qoyub başqasına ərə gedib”, – deyə mərhumun nənəsi Aişə Kərimova söyləyib.
#Zərdab rayonu teqi istifadə olunub
- Zərdabda dəhşətli hadisə: Avtomobildə olan 5 nəfər yanaraq öldü - ANA XƏBƏR
- "Bir ailə yoxa çıxdı" | Zərdabda xeyir işdən qayıdan şəxslər yanaraq həlak oldular - Baku TV
- Zərdabda tükürpərdən hadisə | 3 yaşlı uşaq faciəvi şəkildə öldü - Baku TV
- Zərdabda bədbəxt hadisə | 62 yaşlı kişi kanalda batdı - Baku TV
- “13 ildən sonra əsgərliyə yaradı?!” - Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? - Baku TV
