Pleyeri seçin:

Qızına xəsarət yetirən atanın məhkəməsi | Hadisənin təfərrüatları məlum olub

21 avqust 2024 471 baxış

Bakıda qızını öldürməyə cəhddə təqsirləndirilən Rəfail Cavadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Rəna Cavadova ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxs onun atasıdır. Özünə məxsus telefonunda bəzi əxlaqsız şəkilləri atası görərək öz telefonuna köçürüb. Həmin şəkilləri heç bir yerdə paylaşmadığını deyən Rəna Cavadova elə bu şəkillərə görə də atası tərəfindən bıçaqlandığını vurğulayıb.

O, ifadəsində atasının onu bıçaqlayan zaman üzünü tutduğunu, bu zaman səs-küyə qonşunun gələrək onun həyatını xilas etdiyini deyib. Atasının ona beş dəfə bıçaq xəsarəti yetirdiyinə baxmayaraq, ondan şikayətçi olmadığını bildirib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, 6 il əvvəl həyat yoldaşından ayrılan Rəna Cavadova özündən yaşca 14 il kiçik oğlanla sevgi həyatı yaşayıb. Hadisənin baş verməsinə səbəb isə onlarla bir binada yaşayan Mirəli Quliyevin Rənanın atasına yaxınlaşaraq ona “sən nə kişisən, sənin qızının lüt şəkilləri mənim oğlumun telefonundadır” deməsi olub. Bundan sonra Rəfail Cavadov bu sözlərə dözməyərək qızını öldürmək istəyib.

Məhkəmənin növbəti iclası sentyabrın 3-dək təxirə salınıb.

Qeyd edək ki, hadisə 2024-cü ilin fevralında paytaxtın Qaradağ rayonu ərazisində baş verib. 66 yaşlı Rəfail Cavadov qısqanclıq zəminində qızı Rəna Cavadovaya bıçaqla xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 471 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 471 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 471 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 471 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 471 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 471 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 471 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 471 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 471 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 471 baxış
Seçilmişlər
icon