Pleyeri seçin:

Qohumların mübahisəsi qanla bitdi | Xaçmazdakı qandonduran qətlin detalları

06 avqust 2025 590 baxış

Xaçmazda qaynını odlu silahla qəsdən öldürməyə cəhd edən Fazil Quliyev barəsində məhkəmə hökmü elan olunub.

İstintaq zamanı məlum olub ki, 2024-cü il aprelin 16-da sərxoş vəziyyətdə arvadını döyən Fazil Quliyevin evinə qaynı – 30 yaşlı Murad Allahverdiyev gəlib. Tərəflər arasında yaranan mübahisə sonradan faciəyə səbəb olub.

Belə ki, Fazil Quliyev bir neçə saat sonra Murad Allahverdiyevi öldürmək məqsədilə atasından qalma ov tüfəngini götürərək küçəyə çıxıb və avtomobilin sükanı arxasında olan Murad Allahverdiyevə 6 dəfə atəş açıb. Hadisə nəticəsində Allahverdiyev ayağından yaralanıb və xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Onun həyatını xilas etmək mümkün olub.

Hadisə yerinə baxış zamanı maşının ön qapılarında, evin darvazasında və qaz borusunda güllə izləri, habelə evin qarşısında qan ləkələri aşkar edilib. Fazil Quliyevə məxsus evin həyətindən 4 ədəd giliz və 5 patron götürülüb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin xüsusi amansızlıqla adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb. İstintaq zamanı Quliyev cinayət əməlini qismən etiraf edib, qaynı ilə barışdığını və peşman olduğunu bildirib.

Zərərçəkmiş Murad Allahverdiyev məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını qeyd edib. Fazil Quliyev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

Banner
Yeraltı keçidin yaxınlığında yolu keçməyə çalışan piyada avtomobil vurub - Baku TV

Yeraltı keçidin yaxınlığında yolu keçməyə çalışan piyada avtomobil vurub - Baku TV

Hadisə
14 noyabr 2026 590 baxış
Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücüyə ağır cəza verilib - Baku TV

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücüyə ağır cəza verilib - Baku TV

Hadisə
14 noyabr 2026 590 baxış
Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya olundu - Baku TV

Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya olundu - Baku TV

Hadisə
14 noyabr 2026 590 baxış
Şəhərin mərkəzində yol çökdü: Qəzanın səbəbi açıqlandı - Baku TV

Şəhərin mərkəzində yol çökdü: Qəzanın səbəbi açıqlandı - Baku TV

Hadisə
14 noyabr 2026 590 baxış
Sağlamlıq mərkəzinin əməkdaşları hakim qarşısında - Baku TV

Sağlamlıq mərkəzinin əməkdaşları hakim qarşısında - Baku TV

Hadisə
13 noyabr 2026 590 baxış
Nərimanovda baş verən kütləvi davanın təfərrüatı məlum oldu - 24 SAAT

Nərimanovda baş verən kütləvi davanın təfərrüatı məlum oldu - 24 SAAT

Hadisə
13 noyabr 2026 590 baxış
"Qardaşı gəlib kafenin içərisində bıçaqlayıb getdi" | Tovuzda baş verən hadisənin təfərrüatı

"Qardaşı gəlib kafenin içərisində bıçaqlayıb getdi" | Tovuzda baş verən hadisənin təfərrüatı

Hadisə
13 noyabr 2026 590 baxış
Tələbələrin fotolarını montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Tələbələrin fotolarını montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Hadisə
13 noyabr 2026 590 baxış
Sağlamlıq mərkəzinin əməkdaşları hakim qarşısında - Baku TV CANLI

Sağlamlıq mərkəzinin əməkdaşları hakim qarşısında - Baku TV CANLI

Hadisə
13 noyabr 2026 590 baxış
Tələbələri şantaj edən şəxs saxlanıldı | DİN-dən sosial şəbəkə istifadəçilərinə çağırış - Baku TV

Tələbələri şantaj edən şəxs saxlanıldı | DİN-dən sosial şəbəkə istifadəçilərinə çağırış - Baku TV

Hadisə
13 noyabr 2026 590 baxış
Seçilmişlər
icon