"Qonşular şokdadır" | Atadan oğluna qarşı tükürpərdən əməl | Baku TV hadisə yerində - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.
Hadisə qəsəbənin Dədə Qorqud küçəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.
Məlumata görə, 71 yaşlı Nadir Novruzov aralarında yaranan mübahisə zamanı 28 yaşlı oğlu Təhmasib Novruzova bıçaqla xəsarət yetirib. Yaralı qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Hazırda Təhmasib Novruzovun vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən 71 yaşlı Nadir Novruzov polis əməkdaşları tərəfindən saxlanılıb.
Qonşuların sözlərinə görə, ailə ərazidə sakit və mehriban ailə kimi tanınıb. Onlar bildiriblər ki, hadisənin baş verməsinə səbəb Təhmasib Novruzovun evə gec saatlarda gəlməsi ilə bağlı atası ilə yaranan mübahisə olub. İddialara görə, Nadir Novruzov bu məsələyə görə oğluna dəfələrlə irad bildirib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
