Quba-Tüləkəran yolundakı çökmə səbəbindən kəndlərə gediş-gəliş çətinləşib - Baku TV
Quba rayonunda yolda çökmə hadisəsi baş verib.
Oxu.az-ın məlumatına görə, hadisə mayın 22-də Quba-Tüləkəran yolunun 12-ci kilometrliyində qeydə alınıb. Yolda baş verən çökmə nəticəsində rayonun Aşağı Tüləkəran, Yuxarı Tüləkəran və Tülər kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Quba Rayon İcra Hakimiyyətinin Tüləkəran inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Məmmədhüseynov sayta açıqlamasında faktı təsdiqləyib.
O bildirib ki, Rayon Fövqəladə Hallar Komissiyası dərhal əraziyə baxış keçirib, yolun bərpası istiqamətində işlərə başlanılıb.
"Hadisə leysan yağışlar nəticəsində baş verib. Nəticədə, Aşağı və Yuxarı Tüləkəran kəndlərinin tam, Tülər kəndinin isə 60 faizinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hazırda həmin kəndlərin rayon mərkəzinə gəlməsi üçün alternativ yol çəkilir. Yaxın vaxtlarda alternativ yolun çəkilişi başa çatacaq və əhalinin rayon mərkəzinə gəliş-gedişi bərpa olunacaq", – deyə o bildirib.
#Quba teqi istifadə olunub
- "Dini ənənələrimizi əsrlərdir qoruyuruq" | Dağ yəhudilərinin Roş Ha-Şana bayramı - Baku TV
- "Kim mən bişirəndən yeyirsə, bir də gəlir" | Turistlərin ürəyi getdiyi Quba qutabı - Baku TV
- "İstədi ki, tövləyə girsin" | Ayılar kəndlərdə niyə görünməyə başlayıb? - Baku TV
- Ayılar bu kəndlərə girib dəhşət saçdı | Sakinlər qorxu içində qalıb - Baku TV
- 6 kəndi birləşdirən alternativ yol sürücülərin işini daha da çətinləşdirdi - Baku TV
