Qubada ana və oğlu selə düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Qubaya yağan leysan yağış bir sıra ərazilərdə selə səbəb olub.
Rayonun ucqar dağ kəndlərindən olan Ciminin mərkəzi hissəsinə gələn güclü sel həyətlərə dolub, kəndin yoluna, qaz təsərrüfatına ziyan vurub.
Kəndin içinə anidən dolan sel suları ana və oğulunu da cənginə alıb. Xoşbəxtlikdən hər iki şəxs son anda xilas ola bilib.
Leysan xarekterli yağış Cimi ilə yanaşı, rayonun digər ucqar kəndlərində də müşahidə olunub. Söhüb kəndinə dolu yağıb. Sel suları bir evin həyətinə və mağazaya daxil olub. Kəndi rayon mərkəzi ilə birləşdirən yoldakı – Nəzərçay üzərindəki avtomobil körpüsünə də ziyan dəyib.
Həmin əraziyə adiyyəti qurumun texnikaları və canlı qüvvəsi cəlb edilib. Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
#Quba teqi istifadə olunub
- “Əvvəl keçirdi, indi evlərimizə kimi girir!” | Sakinlər niyə acınacaqlı halda qalıb? - Baku TV
- “Məktəbdə deyirlər ki, dərs keçə bilmərik” | 11 yaşlı qız niyə təhsildən kənarda qalıb? - Baku TV
- Qubada dəhşətli hadisə | Həyatını itirən kişinin qardaşı hər şeyi danışdı - Baku TV
- "8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV
- Qubada Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib - Baku TV
