Pleyeri seçin:
Qubada təbii fəlakətin faciəyə çevrilmə səbəbi kimdir?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qubanın İkinci Nügədi kəndindən keçən Qaraçay çayına gələn sel kənd sakinlərinə məxsus torpaq və təsərrüfat sahələrinə ziyan vurub.
Sel suları avtomobillərin intensiv hərəkət etdiyi ərazidəki körpünün beton dayaqlarının da yuyulmasına səbəb olub. Bu isə körpünü uçma təhlükəsi ilə üz-üzə qoyub.
Məsələ ilə bağlı Quba Suvarma Sistemləri İdarəsindən bildirilib ki, növbəti ildə ərazidə beton bəndin inşası nəzərdə tutulub. Həmçinin qeyd edilib ki, ərazidə sel təhlükəsini yaradan amillərdən biri də daş karxanalarının qanunsuz fəaliyyətidir.
Belə ki, karxanalar tərəfindən çay yatağının 20-30, bəzi yerlərdə isə hətta 50 metr qazılması çay məcrasını dəyişir. Bu da öz növbəsində çay sahilinin yuyulmasına səbəb olur.
Kopyalandı
#Quba teqi istifadə olunub
- “Əvvəl keçirdi, indi evlərimizə kimi girir!” | Sakinlər niyə acınacaqlı halda qalıb? - Baku TV
- “Məktəbdə deyirlər ki, dərs keçə bilmərik” | 11 yaşlı qız niyə təhsildən kənarda qalıb? - Baku TV
- Qubada dəhşətli hadisə | Həyatını itirən kişinin qardaşı hər şeyi danışdı - Baku TV
- "8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV
- Qubada Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib - Baku TV
