Qumbaraatan satmaq istəyən şəxs saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədilə qumbaraatan silahını əldə edib saxlamaqda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş Ramil Vəliyev tutulub.
Onun yaşadığı ünvandan "RPQ" markalı qumbaraatan silahı aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, bir müddət əvvəl həmin silahı tapdığını və öz yaşadığı ünvana gətirərək gizlətdiyini deyib. Silahı 3300 manata satmaq məqsədilə özündə saxlayaraq təhvil vermədiyini etiraf edib.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
- Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
