Pleyeri seçin:

"Beniz" sevgilisini qorxudaraq 1 milyon tələb edib? | Məhkəmədə yaşananların detalları

03 iyun 2025 586 baxış

"Beniz" ləqəbli tanınmış tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə ilk məhkəmə hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Hazırlıq iclasında müəyyən anket məlumatlar dəqiqləşdirilmədiyindən cinayət işinin məhkəmə baxışına verilməsi təxirə salınıb.

Təqsirləndirilən tiktokerin vəkili iclasın qapalı keçirilməsi və jurnalistlərin prosesdə iştirak etmələrinə məhdudiyyət qoyulması ilə bağlı vəsatətlə çıxış edib.

Hakim prosesin qapalı keçirilməsinə görə təqdim edilən vəsatətin müzakirəsini açıq saxlasa da, jurnalistlərin iclasda iştirakına məhdudiyyətin qoyulmasını təmin etməyib. Hazırlıq iclasının davamı iyunun 10-na təyin edilib.

Qeyd edək ki, "Beniz" ləqəbli tiktoker barəsində sevgili olduğu iddia edilən Xalid Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tərəfindən tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutlar əsas götürülərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü – hədə-qorxu ilə tələb etmə maddələri ilə cinayət işi başlanıb.

Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla hədə-qorxu gələrək 836 min manat pul alıb. Onun barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 586 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 586 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 586 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 586 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 586 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 586 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 586 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 586 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 586 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 586 baxış
Seçilmişlər
icon