"Bunun zərərini kim ödəməlidir?" - Mingəçevirdəki hadisə obyektlərə böyük ziyan vurdu - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə nəhəng palıd ağacı aşıb.
Hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb. Aşan irigövdəli ağac üçmərtəbəli obyektin üzərinə düşüb.
Nəticədə, obyektin şüşələri sınıb, eyvanı yararsız hala düşüb. Ağac aşarkən palıdın iri budaqları qırılaraq aptekə və yaxınlıqda dayanan avtomobilə də zərər vurub.
Sakinlərdən birinin sözlərinə görə, ağacın aşmasına səbəb torpağın yumşalması olub:
“Belə görünür ki, su dibini yumşaldıb və elə buna görə də ağac aşıb. Ağac maşının kənarına düşüb, hər şeyi darmadağın edib. Allaha şükür ki, insan tələfatı yoxdur”.
“Yaxşı ki, həmin vaxt burada insan olmayıb. Əgər insan olsaydı, bunun altından kim çıxacaqdı? Aptekə ziyan dəyib. Burada maşın olub, ona da ziyan dəyib. Bu zərəri kim ödəməlidir?”, – deyə başqa bir sakin əlavə edib.
Qeyd edək ki, aşan ağac aidiyyəti qurumlar tərəfindən kəsilərək doğranıb və ərazidən götürülüb.
#Mingəçevir teqi istifadə olunub
- Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Kollecin tələbəsi bıçaqlandı - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Bağçanın həyətində 39 yaşlı qadını əri bıçaqladı - Baku TV
- “Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV
- Mingəçevirin müəllimlər massivində sakinləri narazı salan nədir? - Baku TV CANLI
