"Dəli olub bu!" - Kişini 23 yerindən bıçaqlayıb öldürdü - "Açmasan, qapını qıracağam!" - Baku TV
Sabunçu rayonunda qətl baş verib.
Hadisə rayonun Ramana qəsəbəsindəki fərdi yaşayış evində qeydə alınıb.
Məlumata görə, sözügedən evdə kirayədə qalan 47 yaşlı Zəfər Məmmədovla otaq yoldaşı əvvəllər məhkum olunmuş Hüseyn Həsənov arasında söyüş üstündə mübahisə düşüb. Bu zaman H.Həsənov Z.Məmmədova 23 dəfə bıçaq xəsarəti yetirərək onu qətlə yetirib.
“Səs gəldiyini eşitdim. Birinci dəfə əhəmiyyət vermədim. Daha sonra eyni səsi yenə eşidəndə, qapını döydüm. Dedim ki, açmasan, qapını qıracağam. Otağa baxıb gördüm ki, Zəfər içəridə yatır. Onu çağırdım, amma səs vermədi. Şübhələnib yorğanı qaldıranda, gördüm ki, çarpayı qanın içindədir. Bircə onu dedi ki, söyüş söydüyünə görə vurdum”, – deyə ev sahibi hadisə ilə bağlı danışarkən bildirib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
#Ramana qəsəbəsi teqi istifadə olunub
- "12 bıçaq zərbəsi vurub" | Dəhşət: 17 yaşlı oğlan anasına niyə hücum çəkdi? - Baku TV
- Bakıda qandonduran hadisə | 17 yaşlı oğlan bıçaqla anasına hücum etdi? - Baku TV CANLI
- "Həbsdən çıxdığı gün dedilər ki..." | Ramanadakı qandonduran qətlin detalları - Baku TV
- "Kimsə görməyəndə gətirib atırlar" | Dəhşətə gətirən hadisə | "Yandırırlar, baxan yoxdur" - Baku TV
- Bakıda dəhşətli ailə faciəsi | Həbsdən çıxan kişi öz evində qan tökdü - Baku TV
