"Gördüm ki, alovlanır, uşaqları..." | Bakıdakı dəhşətli yanğının səbəbi görün nə imiş - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonu, Vidadi küçəsində yerləşən ikimərtəbəli köhnə tikilidə günorta saatlarında yanğın baş verib.
Hadisə barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı binada olan vətəndaşlar təhlükəsiz şəkildə təxliyə edilib.
Hadisə şahidi olan qonşulardan biri Baku TV-yə danışıb.
“Mən burada yaşayıram. Yanğın ikinci mərtəbədə başladı. Tüstünü görən kimi orada yaşayan yaşlı qadına xəbərdarlıq etdim, lakin o, evdən çıxmaq istəmədi. Tüstü artıq mənim evimə dolmağa başlayanda uşaqları götürüb çölə çıxdım”, – deyə o bildirib.
#Yasamal teqi istifadə olunub
- Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI
- Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- "Evlərdə hamam yox idi" | XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? - "Axı tarixi irsdir..."
- Ərazini su basıb, gediş-gəliş çətinləşib
