Pleyeri seçin:

"Yerdə qan vardı, bilmədim ki, balta ilə vurub..." | Sabunçuda qayınata gəlinini öldürdü - Baku TV

02 iyun 2026 407 baxış

Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Hadisə rayonun Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.

Məlumata görə, Mərdəkan qəsəbəsindən gələn 60 yaşlı Adıgözəl Məmmədov liftin qarşısında 31 yaşlı gəlini Gülüzar Məmmədova ilə qarşılaşıb. Onların arasında yaranan mübahisə zamanı Adıgözəl Məmmədov gəlininə xəsarətlər yetirərək onu liftin içərisində qətlə yetirib. Daha sonra hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Adıgözəl Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

“Övladım mənə zəng etdi. İşdə idim. Dedi ki, liftin qapısı açılan zaman içəridə qanlar içində meyit görüblər. Onlar bir yerdə yaşamırdılar. Gəlin uşaqları ilə yaşayırdı. Qayınana ona dəstək olmaq üçün yanında qalırdı. Qayınata isə Mərdəkanda yaşayırdı”, – qonşulardan biri deyib.

Digər qonşu isə bildirib:

“Aşağıda qonşulardan biri dedi ki, adam öldürüblər. Əvvəl inanmadım. Sonra gördüm ki, polis ərazini mühasirəyə alıb. Aşağıya düşəndə qadının liftdə uzandığını gördüm. Ətrafda qan izləri var idi. Onun bıçaqla, yoxsa balta ilə qətlə yetirildiyini bilmədim”.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 407 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 407 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 407 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 407 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 407 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 407 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 407 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 407 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 407 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 407 baxış
Seçilmişlər
icon