Qusar-Şahdağ yolunda iki avtomobil toqquşdu | 8 nəfər yaralandı
Yeniliklərdən dərhal xəbərdar olun
Qusarda ağır yol qəzası baş verib.
Hadisə Qusar-Şahdağ avtomobil yolunda qeydə alınıb.
“Oxu.Az”ın məlumatına görə, hadisə zamanı Pakistan vətəndaşlarının olduğu “Haval” markalı avtomobil “Şahdağ” Turizm Mərkəzindən Bakıya gəlirmiş. Avtomobilin sürücüsü idarəetməni itirərək qarşı hərəkət zolağına çıxıb və “Chevrolet” markalı maşınla toqquşub.
TƏBİB-dən bildirilib ki, qəza nəticəsində yeddi nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. İki nəfərə yardım edildikdən sonra özəl tibb müəssisəsinə təxliyə olunublar. Beş nəfərə bədənin çoxsaylı travmaları diaqnozu təyin edilib. Onlardan ikisinin vəziyyəti orta-ağır qiymətləndirildiyindən Reanimasiya şöbəsinə yerləşdiriliblər. Digər şəxslərin vəziyyətləri stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
