Qusarda ata oğluna silahla hücum etdi? | Baş Prokurorluqdan təcili məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 30-da saat 11 radələrində Qusar rayonu, Hil kənd sakini 2001-ci il təvəllüdlü İsrafil Duraxanovun xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qusar Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 1941-ci il təvəllüdlü Sərkar Duraxanovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq oğlu İsrafil Duraxanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İsrafil Duraxanov xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb, Sərkar Duraxanov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam etdirilir.
#Güllələnmə hadisəsi teqi istifadə olunub
- Bolqarıstanda səs-küy salan qətl: Tanınmış idman rəhbəri qətlə yetirildi - Baku TV CANLI
- 14 yaşlı yeniyetmə qonşusunu güllələdi? - Ağdaşda dəhşətə gətirən hadisə - Baku TV
- ABŞ-də 20 yaşlı basketbolçu güllələnərək öldürülüb
- Tehran Polis İdarəsinin rəhbəri Abbasəli Məhəmmədiandan açıqlama
- “Əlində tüfənglə gəldi, qışqırdım ki...” | Tanınmış müğənninin ölümünün təfərrüatı
