Pleyeri seçin:
Tehran Polis İdarəsinin rəhbəri Abbasəli Məhəmmədiandan açıqlama
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tehran Polis İdarəsinin rəhbəri Abbasəli Məhəmmədian ötən həftə paytaxt polisi tərəfindən 15 nəfərin güllələndiyini açıqlayıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məhəmmədianın sözlərinə görə, güllələnən şəxslər "silahlı cinayətkarlar" kimi tanınıblar və onlar ya polisin əmrinə tabe olmayaraq qaçmağa cəhd ediblər, ya da polisə hücum etməyə çalışıblar.
Şəhər polisinin rəhbəri bildirib ki, bu addım başqa cinayətkarlar üçün xəbərdarlıq mesajıdır və asayiş keşikçiləri təhlükə yaradan heç bir təqsirkarla yumşaq davranmayacaqlar.
"Əgər cinayətkar odlu və ya soyuq silahla polisin həyatına təhlükə yaradarsa, qanuna əsasən, silah tətbiq edilə bilər", – deyə Məhəmmədian vurğulayıb.
Kopyalandı
#İran teqi istifadə olunub
- ABŞ maliyyə naziri təhlükəsizlik səbəbindən hərbi bazaya köçüb
- Rubio: "Qələbə onların nüvə silahına sahib olmamasını təmin etməkdir"
- İsrail Ordusuna İrana qarşı hücuma hazırlıq tapşırığı verilib: Yeni müharibə yaxınlaşır? - Baku TV
- "Mossad" rəhbəri ABŞ-də danışıqlar aparır
- İran tankerlərə xəbərdarlıq etdi: Növbəti hədəf kim olacaq? - ƏSAS XƏBƏR
