Pleyeri seçin:

Ərdoğan və Qətər Əmiri hansı mühüm sazişlərə imza atdılar? - Baku TV

14 noyabr 2026

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb.

Türkiyə mətbuatı xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar.

Görüşdə Türkiyə-Qətər ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan iki ölkə arasında imzalanmış “Qarşılıqlı Müdafiə Sazişi”nin münasibətlərə yeni ölçü qazandıracağını, “Ticarət və İqtisadi Tərəfdaşlıq Sazişi”nin isə qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına töhfə verəcəyini bildirib. O, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi, müdafiə sənayesi sahəsində tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərin davam etdirildiyini vurğulayıb.

Tərəflər Körfəz regionunda müharibənin yenidən alovlanmasının qarşısının alınması, problemlərin diplomatik yollarla həlli, Qəzzada vəziyyət, Suriyanın normallaşma prosesi və Liviyadakı son hadisələri də müzakirə ediblər.

Görüşdən sonra Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 12-ci iclası çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən beş saziş imzalanıb. Sənədlər istehlakçıların hüquqlarının müdafiəsi, bazara nəzarət, təhsil, sülh və münaqişələrin həlli, eləcə də qarşılıqlı müdafiə sahələrini əhatə edir.

Qeyd edək ki, “Qarşılıqlı Müdafiə Sazişi”ni Ərdoğan və Al Sani imzalayıblar.

Banner
Türkiyə və Qətər arasında hansı mühüm razılaşma əldə olundu? - Baku TV CANLI

Türkiyə və Qətər arasında hansı mühüm razılaşma əldə olundu? - Baku TV CANLI

Dünya
14 noyabr 2026
130-dan çox sərnişinin olduğu gəmi dəhşətli qəzaya uğradı - Baku TV

130-dan çox sərnişinin olduğu gəmi dəhşətli qəzaya uğradı - Baku TV

Dünya
14 noyabr 2026
Rusiya sülh üçün irəli sürdüyü şərtləri daha da sərtləşdirdi - Baku TV CANLI

Rusiya sülh üçün irəli sürdüyü şərtləri daha da sərtləşdirdi - Baku TV CANLI

Dünya
14 noyabr 2026
Beynəlxalq Enerji Agentliyinin gələn il üçün proqnozu nə vəd edir? - Baku TV

Beynəlxalq Enerji Agentliyinin gələn il üçün proqnozu nə vəd edir? - Baku TV

Dünya
14 noyabr 2026
İsrail Ordusuna İrana qarşı hücuma hazırlıq tapşırığı verilib: Yeni müharibə yaxınlaşır? - Baku TV

İsrail Ordusuna İrana qarşı hücuma hazırlıq tapşırığı verilib: Yeni müharibə yaxınlaşır? - Baku TV

Dünya
14 noyabr 2026
Kremldə kritik görüş | Putin Uitkoff və Kuşnerlə 2,5 saat nə müzakirə edib? - Baku TV

Kremldə kritik görüş | Putin Uitkoff və Kuşnerlə 2,5 saat nə müzakirə edib? - Baku TV

Dünya
14 noyabr 2026
"Bu görüş mümkün deyil, çünki Putin bizi həmişə aldadır" | Zelenski və Putin görüşəcək? - Baku TV

"Bu görüş mümkün deyil, çünki Putin bizi həmişə aldadır" | Zelenski və Putin görüşəcək? - Baku TV

Dünya
14 noyabr 2026
“Bu, misli görünməmiş haldır” | Yaxın Şərqin iqtisadi ziyanı nə qədərdir? - Baku TV

“Bu, misli görünməmiş haldır” | Yaxın Şərqin iqtisadi ziyanı nə qədərdir? - Baku TV

Dünya
14 noyabr 2026
Kiyevdə yaşayanlar müharibənin dayandırılması ilə bağlı gözləntilərini bölüşüblər - Baku TV CANLI

Kiyevdə yaşayanlar müharibənin dayandırılması ilə bağlı gözləntilərini bölüşüblər - Baku TV CANLI

Dünya
13 noyabr 2026
"Mossad" rəhbəri ABŞ-də danışıqlar aparır

"Mossad" rəhbəri ABŞ-də danışıqlar aparır

Dünya
13 noyabr 2026
Seçilmişlər
icon