Rəfiqələrin içki məclisi qanla bitdi | Bıçaqlanan şəxs yaşadığı dəhşəti danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki bağ evlərindən birində qeydə alınıb.
Belə ki, Lalə Vəliyevə qeyri-rəsmi münasibətdə olduğu Valeh Məmmədovla rəfiqəsi Zəminə Babayevanın evinə qonaq gəlib. İçki məclisindən sonra aralarında düşən mübahisə zamanı Zəminə Babayeva əvvəlcə rəfiqəsi Lalə Vəliyevanı, daha sonra isə onun sevgilisi Valeh Məmmədovu bıçaqlayıb.
Zərərçəkən Valeh Məmmədov hadisənin təfərrüatı haqda Baku TV-yə danışıb:
“Gördüm, gəlir üstümə. Dedim, ay Zəminə xanım, nə olub? Sonra bıçağı üstümə atdı. İkinci dəfə üstümə atanda qoluma dəydi. 67 yaşım var, boksla məşğul olmuşam. Vurduğum adam ayağa dura bilməz. Xanım olduğuna görə itələdim, heç nə etmədim”.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Mərdəkan qəsəbəsində bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş 1973-cü il təvəllüdlü Zəminə Babayeva polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılıb. Araşdırmalar davam etdirilir.
#Mərdəkan qəsəbəsi teqi istifadə olunub
- Mərdəkanın bu hissəsində niyə antisanitar vəziyyət hökm sürür?
- “Həyəcanlı idilər, elə hadisə olub...” | Mərdəkanda böyük təhlükə yaradan kimlərdir? - Baku TV
- Mərdəkan sahillərində dəhşətə gətirən hadisə | FHN təcili məlumat yaydı - Baku TV
- Xəzərdə növbəti ailə faciəsi | Dənizdə batan şəxslərin axtarışı davam edir - Baku TV
- Xəzərdə qandonduran hadisə | Dənizdə batan 4 dostla bağlı təcili məlumat - Baku TV
