Xəzərdə qandonduran hadisə | Dənizdə batan 4 dostla bağlı təcili məlumat - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər rayonunun Mərdəkan qəsəbəsində dörd nəfər suda boğularaq həyatını itirib.
Məlumata görə, dörd dost yeyib-içdikdən sonra küləkli havada dənizə giriblər və bir müddət sonra onların hamısı suda batıb.
Fövqəladə Hallar Nazirliyinin Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən üç nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Bir nəfərin axtarışları isə davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi Akşin Əlili bildirib ki, qurum tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, hələ də bəzi vətəndaşlar küləkli havada, dalğalı dənizdə və nəzarətsiz, qeyri-çimərlik ərazilərində çimməyə üstünlük verirlər ki, bu da acı nəticələrə səbəb olur:
“Bildiririk ki, nəzarətsiz qeyri-çimərlik əraziləri mürəkkəb relyefə, güclü axına, məhdud görünüşə və digər təhlükəli xüsusiyyətlərə malikdir. Bu səbəbdən həmin hövzələrdən istifadə edən insanların həyat və sağlamlığı ciddi risk altına düşür. Bir daha əhaliyə müraciət edirik ki, yalnız xilasedicilərin nəzarət etdiyi çimərliklərdən istifadə etsinlər və xilasedicilərin çağırış və tələblərinə mütləq əməl etsinlər”.
#Xəzər rayonu teqi istifadə olunub
- “Bu su ilə çiməndə daha da kirlənirsən” | Əhali şikayətləndi | “Cavan qızların beli sınır” - Baku TV
- Faktla bağlı araşdırma aparılır
- “Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV
- Əqrəblər Bakıda 2 nəfəri xəstəxanalıq etdi: Mütəxəssislərdən təcili xəbərdarlıq - Baku TV CANLI
- Münasibəti bərpa etmək istəmədi, canından oldu | Xəzər rayonunda dəhşətli qətl - Baku TV
