Rusiyanın Kiyevə raket hücumunda Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəydi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə çoxkombinasiyalı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib.
AZƏRTAC-da yayılan məlumata görə, raketlərdən biri səfirliyin ərazisinə düşüb və bu, orada yarığın əmələ gəlməsinə səbəb olub.
Səfirliyin binasının divarlarına ciddi zərər dəyib. Divarın bir hissəsinin uçduğu bildirilir.
Bundan başqa, səfirlik binasının pəncərələri də sınıb. Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatlarının avtomobilləri də zədələnib. Səfirliyin şəxsi heyəti arasında yaralanan yoxdur.
Ukraynanın müvafiq qurumlarının əməkdaşları hadisə yerində dəyən ziyanı hesablayırlar.
Qeyd edək ki, Rusiyanın Kiyevə hava zərbələri nəticəsində Azərbaycanın səfirliyinə daha əvvəl də ziyan dəyib. Lakin budəfəki ziyanın miqyası daha böyükdür.
Həmçinin bildirək ki, Rusiyanın Kiyevə hücumu nəticəsində ölən və yaralananlar da var. Hazırda axtarış-xilasetmə işləri aparıldığı üçün ölü və yaralı sayının artacağı istisna olunmur.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
