Sabirabadda iki avtomobil toqquşdu: ölənlər var
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 24-ü gecə saatlarında Hacıqabul-Bəhramtəpə avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
Nərimankənd kənd sakini 41 yaşlı Emin Abdullayevin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili yanacaqdoldurma məntəqəsindən magistral yola çıxarkən sürətlə hərəkətdə olan və Saatlı rayon sakini 24 yaşlı Ramazan Muxtasanovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.
Qəzanın təsirindən təxminən 30 metr kənara düşən minik maşını yanmağa başlayıb. Nəticədə avtomobilin sürücüsü Emin Abdullayev və sərnişin 30 yaşlı Elşad Rzayev hadisə yerində dünyasını dəyişib. Digər sürücü Ramazan Muxtasanov, onun sərnişinləri – 24 yaşlı Nəbi Sarıyev və Rauf Cəfərov xəsarətlə Sabirabad Rayon Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, hadisə yerinə FHN-in Sabirabad Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanan avtomobil söndürülüb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.
#Sabirabad teqi istifadə olunub
- "Hamısı dedi ki, lal-kardır, bunu niyə..." | Pensiyası kəsilən 16 yaşlı Röyalın nənəsi kömək istədi
- Sabirabad rayonunda Kür çayı bəndi yardı - Baku TV
- Sabirabadda körpü uçdu, kombayn kanala aşdı | Dəhşətli hadisənin təfərrüatı - Baku TV
- Sabirabadda dinin siyasiləşməsi və məzhəbçilik mövzusunda regional konfrans
- "Namusuna heç kim nəsə deyə bilməz!" | Qızı öldürülən ana fəryad etdi: "Uşağımın üstünə atdılar"
