Sabirabadda odlu silah və narkotik vasitələr aşkarlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabad rayonunda polisin keçirdiyi əməliyyat zamanı rayon sakini Nuri Əhədov saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onun üzərindən 50 qrama yaxın marixuana, yaşadığı evdən isə bir ədəd avtomat, bir ədəd daraq və 11 ədəd patron aşkarlanaraq götürülüb.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ilin əvvəlindən bu günə qədər olan müddət ərzində eyni istiqamətdə keçirilən əməliyyat tədbiri zamanı isə ümumilikdə 15 nəfər saxlanılıb. Onlardan ümumi çəkisi beş kiloqrama yaxın olan müxtəlif növ narkotik vasitələr – heroin, metamfetamin və marixuana aşkarlanıb.
Həmçinin müvafiq dövr ərzində rayon ərazisində altı oğurluq faktını törətməkdə şübhəli bilinən üç nəfər də müəyyən edilərək istintaqa cəlb olunub. Bundan əlavə, qanunsuz saxlanılan odlu silahların aşkarlanması və könüllü olaraq təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində biri yivli olmaqla 55 ədəd odlu silah da polis əməkdaşları tərəfindən təhvil götürülüb.
Faktlarla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
- Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
