Sabunçuda əmisi oğlunu qətlə yetirən şəxs hakim qarşısında
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Nəsimi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən son prosesdə təqsirləndirilən şəxsə hökm elan edilərək 17 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Ergin Qafarov əmisi oğlunu qətlə yetirdiyinə görə Nəsimi Hüseynovun 19 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib. Hadisə 2023-cü ilin oktyabrında Sabunçu rayonu ərazisində baş verib.
Belə ki, 1984-cü il təvəllüdlü Nəsimi Hüseynovun Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək əmisi oğlu 1988-ci il təvəllüdlü Elməddin Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Nəsimi Hüseynov saxlanılaraq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.
#Bakıxanov qəsəbəsi teqi istifadə olunub
- Bakıxanovda qurumuş ağacların yaratdığı təhlükə - Baku TV CANLI
- Bakıxanov qəsəbəsinin sakinləri narahatdırlar
- “Bu ev uçsa, mən nə edəcəyəm?!” | Sakinlər niyə hər an dəhşət içində yaşayır? - Baku TV
- Bir ev necə 3 ünvanda ola bilər? | Çıxılmaz vəziyyətdə qalan sakin kömək istədi - Baku TV
- "Antisanitar vəziyyət hökm sürür" | Sabunçudakı yataqxanada ürəkbulandıran mənzərə - Baku TV
