Salyanda ağır qəza: ölən və yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Ələt-Astara magistral yolunda ağır yol qəzası olub.
Hadisə Salyan rayonunun Yenikənd kəndi ərazisində baş verib. Avtoqəzada “Opel” və “Nissan” markalı avtomobillər toqquşub.
Nəticədə paytaxt sakini 14 yaşlı Qasımov Süleyman Ayaz oğlu hadisə yerində dünyasını dəyişib. Onun bacısı 11 yaşlı Qasımova Cığatel Ayaz qızı, Cəlilabad rayon sakinləri – 5 yaşlı Həsənli Ağakərim Təbriz oğlu, 9 yaşlı Həsənli İsmayıl Təbriz oğlu, 1 yaşlı Həsənli Zəhra Təbriz qızı, 63 yaşlı Həsənova Nəzakət Xeyrulla qızı və 27 yaşlı Həsənova Fatma Ceyhun qızı xəsarət alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, qəzada dünyasını dəyişən Süleyman Qasımov tanınmış şair Cığatelin nəvəsidir. Hazırda fakta bağlı araşdırma aparılır.
#Salyan teqi istifadə olunub
- Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Çörəkpulu qazanmaq üçün getdiyi iş faciə ilə bitdi - Baku TV CANLI
- "Torpağın üstünə daş tökərlər ki, çıxa bilək" | Salyan sakinlərini bezdirən problem - Baku TV
- "Deməli, istədiyi sürətlə sürə bilər" | Bu yol niyə sakinlərin kabusuna çevrilib? - Baku TV
