Pleyeri seçin:

Salyanda faciəvi qəza | “Moskvaya yola salmağa gedirmişlər...” - Baku TV

06 yanvar 2026 493 baxış

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Noxudlu kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan iki “Mercedes” markalı minik avtomobilinin toqquşması faciə ilə nəticələnib.

Hadisə nəticəsində Sabirabad rayon sakinləri – 61 yaşlı Vüqar İmanov və 32 yaşlı Coşqun Məmmədov aldıqları ağır xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər. Vüqar İmanovun oğlu – 32 yaşlı Tərlan İmanov xəstəxanada dünyasını dəyişib.

Qəza zamanı daha üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sabirabad rayon sakinləri – 31 yaşlı Mirzağa Məmmədov, onun həyat yoldaşı 33 yaşlı Pərvanə Məmmədova və qızları 15 yaşlı Fatimə Məmmədlidir.

“Zəng etdilər ki, qonşun qəzaya düşüb. Üç balası yetim qaldı. Mirzağanın dayısı nəvəsi Moskvaya qayıdırdı. Onu yola salmağa gedirdilər, başlarına bu iş gəldi”, – deyə qəzaya düşənlərin yaxını hadisə ilə bağlı danışarkən bildirib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Kopyalandı
Dişini çəkdirdi, canından oldu | “Ayıbdır, boynuna almır, uşağım qışqıranda deyib ki...” - Baku TV

Dişini çəkdirdi, canından oldu | “Ayıbdır, boynuna almır, uşağım qışqıranda deyib ki...” - Baku TV

Hadisə
24 sentyabr 2026 493 baxış
Dəhşətə gətirən hadisə | Vətəndaş həkim səhvinin qurbanı oldu? - Baku TV CANLI

Dəhşətə gətirən hadisə | Vətəndaş həkim səhvinin qurbanı oldu? - Baku TV CANLI

Hadisə
24 sentyabr 2026 493 baxış
Qubada iki kəndi birləşdirən yolda qorxulu vəziyyət - Baku TV

Qubada iki kəndi birləşdirən yolda qorxulu vəziyyət - Baku TV

Hadisə
24 sentyabr 2026 493 baxış
Körpəni öldürdü, meyiti tualetin quyusuna atdı | Naxçıvanda dəhşətli cinayət - 24 SAAT

Körpəni öldürdü, meyiti tualetin quyusuna atdı | Naxçıvanda dəhşətli cinayət - 24 SAAT

Hadisə
23 sentyabr 2026 493 baxış
Bakı-Quba yolunda faciəvi qəza: Körpüdə yük maşını minik avtomobili ilə toqquşdu - Baku TV CANLI

Bakı-Quba yolunda faciəvi qəza: Körpüdə yük maşını minik avtomobili ilə toqquşdu - Baku TV CANLI

Hadisə
23 sentyabr 2026 493 baxış
Bakı-Quba yolunda dəhşət | Yük avtomobili minik maşınının üzərinə aşdı - Baku TV

Bakı-Quba yolunda dəhşət | Yük avtomobili minik maşınının üzərinə aşdı - Baku TV

Hadisə
23 sentyabr 2026 493 baxış
Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI

Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI

Hadisə
23 sentyabr 2026 493 baxış
Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV

Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV

Hadisə
23 sentyabr 2026 493 baxış
2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT

2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT

Hadisə
22 sentyabr 2026 493 baxış
Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 493 baxış
Seçilmişlər
icon