Samuxda yeniyetmə qız Kürdə batdı
Yeniliklərdən dərhal xəbərdar olun
Samuxda yeniyetmə qız Kürdə boğulub. Hadisə çayın Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Gəncə şəhər sakini, 14 yaşlı Aysel Akif qızı Süleymanova çayda çimərkən batıb. Onun meyiti yaxınlıqda işləyən şəxslərin köməkliyi ilə çaydan çıxarılaraq ailəsinə təhvil verilib.
Hadisə şahidi Cavid Maşıyev Kür çayında boğulma hadisəsinin dəfələrlə baş verdiyini deyib: “Buranı yaxşı tanımayan şəxslərə Kür çayında çimməməyi tövsiyə edirəm. Çünki çay çox dərindir. Hansı hissəsinin dərin və ya dayaz olduğunu bilmək olmur”.
Məlumata görə, yeniyetmə qız ailəsi ilə birlikdə çay kənarına istirahətə gəlibmiş. Bu zaman o, çayın dərin hissəsində üzmək istəyərkən sudakı otlara ilişib və çıxa bilməyib. Faktla bağlı araşdırma aparılır.
#Samux teqi istifadə olunub
- Samuxdakı yas mərasimində paylanan halva kütləvi zəhərlənməyə səbəb oldu - Baku TV
- Kür daşdı, örüş sahələri su altında qaldı
- Samuxda qandonduran hadisə | “Yaxşı qonşu, təmiz ailə idilər” - Baku TV
- Samuxda bədbəxt hadisə | 71 yaşlı kişi həyatını itirdi - Baku TV
- Samuxda bədbəxt hadisə | Mikroavtobus aşdı, ölən var - Baku TV
