Sarayda təhlükəli anlar | FHN təcili hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu, Saray qəsəbəsi ərazisində həyətyanı sahədə qazıntı apararkən hərbi sursatlar aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 16 ədəd F-1 və 1 ədəd RQ-42 əl qumbarası, 16 ədəd UZRQM-2 partladıcısı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
#Saray qəsəbəsi teqi istifadə olunub
- "Biz adam kimi yaşamırıq" | Saray sakinlərinin şikayətinə niyə baxan yoxdur? - Baku TV
- "Hər evdən 1000 manat tələb olunur" | Bu küçədə yaşayanların problemi bitmək bilmir - Baku TV
- “Kiminsə büdcəsini doldurmaq istəmirik” | Saray sakinlərindən qanunsuz pul yığılır? - Baku TV
- “Uşağı danlayır ki, nə gündə gəlmisən?!” | Saray sakinləri etiraz etdi - Baku TV
- Saray qəsəbəsində aşan ağac sakinlər üçün təhlükəli vəziyyət yaradıb - Baku TV
