Saxlanılanlar etiraf etdi | Polis Yasamalda görün nələr aşkarladı
Yeniliklərdən dərhal xəbərdar olun
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 2025-ci ilin əvvəlindən həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə əlaqəli 60-a yaxın fakt aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sonuncu əməliyyatlar zamanı Natəvan Baxşıyeva, Ceyhun Mahmudov, Tural Nəcəfzadə və Güləli Saqıyevdən 18 kiloqram heroin, eləcə də tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.
“Ümumilikdə isə idarə əməkdaşları tərəfindən ilin əvvəlindən keçirilən tədbirlərlə 25 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılanların əksəriyyəti narkotikləri şəxsi istifadələri ilə yanaşı, satmaq məqsədilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı araşdırmalar aparılır.
Saxlanılan şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də şəxsiyyətinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir”, – deyə məlumatda qeyd olunub.
#Narkotik əməliyyatı teqi istifadə olunub
- Bakı, Gəncə və Sumqayıtda keçirilən tədbirlər zamanı yeddi nəfər saxlanıldı - Baku TV CANLI
- Narkotik dövriyyəsinin təşkilində şübhəli bilinən şəxslər həbs edildi - Baku TV CANLI
- Astara gömrük postunda əməliyyat keçirildi | Yük maşını saxlanıldı - Baku TV CANLI
- Polis cinayətkar şəbəkələrə qarşı genişmiqyaslı əməliyyat keçirib, yüzlərlə şəxs tutulub
- DİN-dən eyni anda 4 rayonda əməliyyat - Baku TV CANLI
