Sərhədi pozan Əfqanıstan vətəndaşları saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 5-də saat 06:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədi pozulub.
DSX-dən verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandasına qaldırılıb, xidməti ərazi qapadılıb və ərazidə axtarış tədbirləri həyata keçirilərək hüquq mühafizə orqanlarına məlumat verilib.
Kompleks əməliyyat və qoşun tədbirləri nəticəsində sərhəd pozucularının Əfqanıstan vətəndaşları 1997-ci il təvəllüdlü Azhar Nukhtar və 2003-cü il təvəllüdlü Sardar Vali Samsoor olmaları müəyyən edilərək saxlanılıblar.
Araşdırma zamanı onların dövlət sərhədini Azərbaycandan Avropa ölkələrinə getmək məqsədilə pozmaları müəyyən olunub. Fakt üzrə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
#Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti teqi istifadə olunub
- Dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb - ANA XƏBƏR
- DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI
- Dövlət Sərhəd Xidməti İranla sərhəddə təcili əməliyyat keçirdi - Baku TV CANLI
- İlham Əliyev DSX-nin bir sıra hərbi qulluqçularını təltif etdi - Baku TV
- DSX məlumat yaydı: Hava sərhədini pozan PUA məhv edildi - ANA XƏBƏR
