Pleyeri seçin:
Seysmoloji mərkəzdən məlumat : iki bölgədə zəlzələ
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı rayonunda zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, təkanlar yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından 6 km şimalda qeydə alınıb. Zəlzələ episentrdə 4, digər yaşayış məntəqələrində 3 bal gücündə hiss olunub.
İsmayıllı ilə yanaşı, Şəmkir rayonunda da zəlzələ qeydə alınıb. Seysmoloji Xidmət Mərkəzi yeraltı təkanların yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə qeydə alındığını, ancaq hiss olunmadığını bildirib. Zəlzələnin maqnitudası 4 bal, dərinliyi isə 9 kilometr olub.
Kopyalandı
#İsmayıllı teqi istifadə olunub
- "Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi
- İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV
- İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Basqal-Sulut avtomobil yolu çökdü - Baku TV
