SOCAR-ın maşınına kim atəş açdı? | Silahlı insident barədə təcili məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Şida Kartli bölgəsində Azərbaycanın dövlət şirkəti SOCAR-a məxsus avtomobilə qarşı törədilən silahlı hücum böyük rezonans doğurub. Baku TV-nin hadisə yerindən əldə etdiyi təcili məlumata görə, insident Kareli rayonunda, hakim “Gürcü Arzusu” partiyasının ofisinin yaxınlığında qeydə alınıb. Naməlum şəxs və ya şəxslər tərəfindən avtomobilə atəş açılsa da, ilkin məlumatlara əsasən, xoşbəxtlikdən xəsarət alan olmayıb. Gürcüstan Daxili İşlər Nazirliyi dərhal faktla bağlı istintaqa başlayıb və hadisəni törətməkdə şübhəli bilinən bir nəfər artıq saxlanılıb. Hücumun motivi və hədəfin konkret olaraq kim olduğu hələlik dəqiqləşdirilir. SOCAR-ın Gürcüstandakı genişmiqyaslı fəaliyyəti fonunda baş verən bu kriminal hadisənin təfərrüatları və saxlanılan şəxsin ilkin ifadəsi bu süjetdə.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
