Pleyeri seçin:
Sosial şəbəkədəki rəy axtarılan şəxsin yerini müəyyən etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllıda itkin düşən 40 yaşlı Elnarə Kərimovanın yeri məlum olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.
O, sözügedən qadının tapılmasında vətəndaşın iştirak etdiyini bildirib.
Elşad Hacıyevin qadının axtarışı ilə bağlı paylaşımına yazılan şərh onun yerinin müəyyən olunmasında mühüm rol oynayıb.
“Bir rəylə İsmayıllıda may ayında itkin düşən qadının yeri polis əməkdaşları tərəfindən müəyyən olundu. Ona görə deyirik ki, biz birlikdə güclüyük! Vətəndaşa təşəkkür edirik”, – deyə E.Hacıyev paylaşımında qeyd edib.
Kopyalandı
#İsmayıllı teqi istifadə olunub
- "Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi
- İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV
- İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Basqal-Sulut avtomobil yolu çökdü - Baku TV
