Sumqayıt dəmir yolu vağzalındakı yanğının səbəbi məlum oldu
Yeniliklərdən dərhal xəbərdar olun
“Saat 21:58 radələrində Sumqayıt dəmir yolu vağzalı ərazisində yanğının baş verməsi ilə bağlı məlumat daxil olub”.
Bunu Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini Mirfuad Mahmudov deyib.
Onun sözlərinə görə, yanğın dəmir yolu vağzalının 3-cü mərtəbəsində yerləşən terrasında qeydə alınıb:
“İki nömrəli çağırışla hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt rayonunun yanğından mühafizə hissələrinin texnikaları cəlb edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb. Hadisə nəticəsində bir kondisioner, 15 paqonametr alkapon və 10 paqonametr naqil xətti yanıb”.
FHN rəsmisi bildirib, vağzalın 10 işçisi təxliyə edilib, xəsarət alan olmayıb.
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
