Sumqayıtda ağır yol qəzası baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Koroğlu prospekti ilə Sərvər Bədəlbəyli küçəsinin kəsişməsində, Sumqayıt Dövlət Universitetinin qarşısında qeydə alınıb.
Belə ki, “Toyota Prius” markalı avtomobillə “Hyundai Santa Fe” markalı avtomobil toqquşub. Hadisə nəticəsində “Toyota”da olan sərnişinlər – 57 yaşlı Xaləddin Məmmədov, onun həyat yoldaşı 54 yaşlı Nuridə Cəfərova, 31 yaşlı Ləman Məmmədova, 28 yaşlı Şəbnəm Quliyeva, 7 yaşlı Oktay Məmmədov, 38 yaşlı Mirzə Dadaşov ağır xəsarətlər alıblar.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları, Təcili Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub.
Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmotologiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
