Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğının təfərrüatı məlum oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində yanğın baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Nazirlikdən verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 300 kvadratmetr olan mağazada metal qablarda yığılmış boyalar 120 kvadratmetr sahədə yanıb, həmçinin binanın zirzəmisində və mağazanın qarşısında dayanan vətəndaşlara məxsus 2 ədəd minik avtomobilinin ön hissəsi yüksək temperaturun təsirindən əriyib. 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Mağazanın qalan hissəsi, bitişik obyektlər və mənzillər yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan 1966-cı il təvəllüdlü kişi Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Sol baldırın və sol pəncənin I və II dərəcəli termiki yanığı diaqnozu təyin edilən pasiyentə Təcili yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
