Pleyeri seçin:
Sumqayıtda dəhşətli hadisənin detalları məlum oldu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda 12 yaşlı qız faciəli şəkildə ölüb.
Hadisə şəhərin 1-ci mikrorayonunda yerləşən binaların birində qeydə alınıb.
Belə ki, 2012-ci il təvəllüdlü Zəhra İbrahimovanın üzərinə qapının şüşəsi düşüb. Azyaşlı qanaxmadan hadisə yerindəcə keçinib.
Qonşuların bildirdiyinə görə, azyaşlının atası iki gün öncə qızına velosiped alıb. Uşaq velosipedi evdə sürərkən qapıya dəyib və qapının şüşəsi onun üstünə düşüb.
12 yaşlı Zəhra İbrahimova və bacısı evdə nəzarətsiz şəkildə olublar. Azyaşlının bacısı qonşuya qaçıb kömək çağırmaq istəsə də, heç kimi tapmayıb. Zəhra İbrahimova elə qanaxmadan kirayə yaşadıqları evdə ölüb.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
