Pleyeri seçin:
Sumqayıtda iki gəncin mübahisəsi | Bir nəfər xəstəxanalıq oldu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda tanışların mübahisəsi qanla nəticələnib.
Hadisə Nizami küçəsi 1 nömrəli tam orta məktəbin qarşısında qeydə alınıb.
Belə ki, 24 yaşlı Pərviz Bağırov tanışı ilə mübahisə edib. Bu zaman tanışı ona 4 bıçaq zərbəsi endirib.
Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılan yaralıya döş qəfəsinin səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Cərrahi əməliyyat edilən xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən Kamran adlı şəxsin axtarışları davam etdirilir. İddialara görə, hadisəyə səbəb tanışların söhbəti zamanı Pərvizin sözünün Kamrana xoş gəlməməsi olub.
Kopyalandı
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
