Pleyeri seçin:
Sumqayıtda meyiti tapılan körpə barədə dəhşətli detallar | Baş Prokurorluqdan açıqlama
Martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə Şəhər Prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan Prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
Kopyalandı
#Sumqayıt teqi istifadə olunub
- Yararsız yollar, qaranlıq küçələr | Problem niyə həll edilmir? - Baku TV CANLI
- “Adamın ağlamağı gəlir” | Sakinlər imdad dilədi | “Çörək almaq üçün 5 küçə keçirəm” - Baku TV
- FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib - Baku TV
- Sumqayıtda baş verən dəhşətli hadisə barədə təcili məlumat - Baku TV CANLI
- "Özü yandırıb, sonra qaçıb gedib" | Sumqayıtda kişi valideyninin evinə od vurdu? - Baku TV
