Sumqayıtda narkobaronlar saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotikləri qaçaqmalçılıq yolu ilə gətirən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Sumqayıtın Yaşma bağları adlanan ərazisində xüsusi əməliyyatla əvvəllər məhkum olunan Elşad Əliyev və Zakir Nağıyevi narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlayıblar.
Onların üzərindən və Z.Nağıyevin idarə etdiyi avtomobildən ümumilikdə 187 kiloqram, o cümlədən 113 kiloqram psixotrop tərkibli maddələr əlavə edilərək zənginləşdirilən marixuana, 37 kiloqram heroin, 36 kiloqram metamfetamin, 1 kiloqram tiryək və 5 min ədəd “Metadon M40” həbi götürülüb.
Araşdırmalar zamanı E.Əliyev və Z.Nağıyevin vaxtaşırı olaraq “Rəsul”, “Rza” və şəxsiyyətləri araşdırılan digər İran vətəndaşları ilə əlbir şəkildə narkotikləri dəniz yolu ilə ölkə ərazisinə gətirdikləri məlum olub.
Saxlanılan şəxslər narkotiki əldə etdikdən sonra Bakıda ayrı-ayrı şəxslərə ötürərək satışını təşkil edəcəklərini etiraf ediblər. Həmçinin dəfələrlə İrandan xüsusi katerlərlə Xəzər rayonu Zirə qəsəbəsində hər kəsin “qartalın burnu” kimi tanıdığı yerə göndərilən narkotikləri əldə etdiklərini və satışını həyata keçirdiklərini bildiriblər. E.Əliyev və Z.Nağıyev ətrafda şübhə oyatmamaq üçün hər kəsdə balıqçı görüntüsü yaradıblar. Araşdırmalarla onların dəniz yolu ilə gətirilən narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olmaları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Dəniz yolu ilə ölkə ərazisinə narkotik vasitələr gətirməyə çalışan narkoşəbəkənin daxildə və xaricdə digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir.
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
