Sumqayıtda qadınlar nədən zəhərləndi? - Şirkətdən hadisə barədə açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda zəhərlənmə hadisəsi baş verib. Hadisə 76-cı məhəllədə yerləşən müəssisələrdən birində qeydə alınıb.
Belə ki, müəssisədə həşərat əleyhinə dezinfeksiya işləri aparılarkən 7 qadın zəhərlənib. Onlar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
TƏBİB-dən verilən məlumata görə, həmin şəxslərə inhalyasiyon zəhərlənmə diaqnozu təyin edilib və zəruri tibbi yardımlar göstərilib:
“Onlardan 2 nəfər (1981-ci il təvəllüdlü şəxslər) Kliniki Tibbi Mərkəzə təxliyə olunublar. Digər şəxslər isə göstərilən tibbi yardımlardan sonra ambulator müalicə üçün evə buraxılıblar”.
Hadisə ilə bağlı sözügedən müəssisə də açıqlama yayıb. Qeyd olunub ki, sahələrdə zərərverici həşəratlara qarşı mübarizə məqsədilə dərmanlama işləri aparılıb:
“İşçilərin təhlükəsizliyini nəzərə alaraq dərmanlama prosesi iyunun 23-də, qeyri-iş günündə həyata keçirilib. İyunun 24-də iş saatı başlamadan əvvəl müvafiq şəxslər tərəfindən sahəyə baxış keçirilib. Xüsusi təhlükəsizlik tədbirləri görüldükdən sonra əməkdaşlar sahəyə buraxılıb. Bəzi əməkdaşlar dərmanların təsirinə məruz qalıb və onlarda başgicəllənmə müşahidə olunub. Özlərini pis hiss edən əməkdaşlar xəstəxanaya aparılıb. Onların bütün tibbi xərclərini müəssisə qarşılayıb. Gələcəkdə bu cür halların baş verməməsi üçün tədbirlər görülür”.
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
