Sumqayıtda qandonduran cinayətin detalları açıqlandı | Hökm oxundu
Yeniliklərdən dərhal xəbərdar olun
2019-cu il iyunun 5-də Sumqayıt şəhəri 12-ci mikrorayon, Üzeyir Hacıbəyli küçəsində yerləşən "Xanə" restoranında baş verən kütləvi dava 1978-ci il təvəllüdlü Tahir Babayevin ölümü ilə nəticələnib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, onun ölümünə döş boşluğuna nüfuz etməklə ürəyin zədələnməsindən baş vermiş kəskin qanitirmə səbəb olub.
Həmin gün polisə təslim olan Qubadlı rayon sakini Qədir Səfərov restoranın qarşısında Tahir Babayevi öldürdüyünü etiraf edib. Lakin istintaqın gedişatında onun yalan danışdığı və cinayəti tanışı, Sumqayıt şəhər sakini Turan Hüseynovun əvəzinə boyununa aldığı məlum olub.
İstintaqla müəyyən edilib ki, iyunun 5-i gecə saat 1 radələrində restoranın qarşısında Tahir Babayev və Turan Hüseynov üzərlərindəki bıçaqla bir-birinə zərbələr endiriblər. Tahir sol qolundan xəsarət alan Turana təpik ataraq, əlindəki bıçağı yerə salıb. Buna baxmayaraq, Hüseynov cibindən ikinci kəsici aləti çıxararaq Babayevin bədənin müxtəlif nahiyələrinə ümumilikdə 14 dəfə zərbə vuraraq, onu qəsdən öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Turan Hüseynov 11 il, Qədir Səfərov 2 il 1 ay, Elşad Dadaşov isə 1 il 1 ay müddətinə azadlıqdan məhrum olunublar. Turan Dadaşlıya isə 1 il 2 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
