Sumqayıtda qorxulu yanğının baş verdiyi yerdən görüntülər | FHN hadisə yerində
Yeniliklərdən dərhal xəbərdar olun
“Sumqayıt şəhərində, 17-ci mikrorayonunda yerləşən “Baharlı” restoranında qeydə alınan yanğın söndürülüb”.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
“Nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində, 17-ci mikrorayon ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın nəticəsində ümumi sahəsi 1000 kvadratmetr olan restoranın mətbəxinin yanar konstruksiyaları və damına çəkilmiş şüşə pambıq üzlük 70 kvadratmetr sahədə yanıb. Restoranın böyük hissəsi yanğından mühafizə olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın qısa müddətdə söndürülüb”, – deyə məlumatda bildirilib.
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
