Sumqayıtda "qazi" dələduzluqda şübhəli bilinərək tutuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşlarının vətəndaşlardan daxil olan müraciətlər əsasında keçirdikləri tədbirlərlə özünü qazi kimi təqdim edərək dələduzluq əməlləri törtətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Elşad Nağıyev saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, o, Sumqayıtda yaşayan iki Vətən müharibəsi qazisinə guya dövlət tərəfindən növbəsiz avtomobil almaqda köməklik göstərəcəyini vəd edib. Bununla da zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirdiyi məlum olub.
Araşdırmalarla saxlanılan şəxsin Vətən müharibəsi qazisi olmadığı müəyyənləşib. Elşad Nağıyev barəsində araşdırmalar davam etdirilir.
“Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər”, – deyə DİN-in yaydığı məlumatda qeyd olunub.
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
