Sumqayıtda təhlükəli anlar | FHN məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərinin "Qurd Dərəsi bağları" adlanan ərazisində ciddi təhlükə yaradan hadisə baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə ərazi tapılmış hərbi sursatlar barədə daxil olan məlumat əsasında, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb olunub. Hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilən təhlükəsizlik tədbirlərindən sonra əraziyə baxış keçirilib. Baxış zamanı ümumilikdə 41 ədəd döyüş tətbiqinə yararlı artilleriya mərmisi partladıcısı – 38 ədəd VM-30 və 3 ədəd VM-45 aşkar edilib. XRXX mütəxəssisləri bu təhlükəli sursatları ərazidən çıxararaq zərərsizləşdirilməsi üçün müvafiq qaydada kənarlaşdırıblar. Əlavə axtarışlar zamanı başqa şübhəli əşyaya rast gəlinməyib.
#Sumqayıt teqi istifadə olunub
- Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI
- Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
