Sumqayıtda zəhərlənmə hadisəsi baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda ana və üç övladı dərmandan zəhərlənib. Hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb.
42 yaşlı Sevgül İsgəndərovanın hadisəni qəsdən törətdiyi ehtimal olunur.
TƏBİB-dən verilən məlumata görə, mayın 21-də saat 15:20 radələrində təcili tibbi yardım vasitəsilə 2-si kişi, 2-si qadın olmaqla 4 nəfər zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunublar. Onlara ilkin tibbi yardım göstərilib. Daha ixtisaslı tibbi yardım üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Göstərilən tibbi xidmətlərdən sonra vəziyyətləri qənaətbəxş olaraq qiymətləndirilib. Daha sonra valideynin yazılı iltizamnaməsi əsasında onların hər biri ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşadırma aparılır.
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
