Sumqayıtdakı dəhşətli qətlin təfərrüatı məlum oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda baş verən qətl hadisəsinin bəzi təfərrüatları bəlli olub.
Belə ki, Siyəzən rayon sakini, 55 yaşlı Arif Bağıyev qızı ilə kürəkəni arasında baş verən mübahisəni aydınlaşdırmaq məqsədilə Sumqayıta qonaq gəlibmiş. Nurulla Mərdanovun qayınatası ilə mübahisəsi ölümlə nəticələnib.
Qeyd edək ki, qayınatasını qətlə yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Nurulla Mərdanov ailəsi ilə birlikdə Sumqayıtda kirayədə qalırmış. Hadisə baş verdikdən sonra meyit basdırılması üçün Siyəzən rayonuna aparılıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
