Suraxanıda faciəvi hadisə | Qonşu hər şeyi danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Suraxanı rayonunda yaşayış binasında ölümlə nəticələnən dəhşətli yanğın hadisəsi baş verib. "Baku TV"-nin hadisə yerindən verdiyi məlumata görə, Cəlal Qurbanov küçəsində yerləşən mənzillərdən birində qaz sızması nəticəsində güclü partlayış qeydə alınıb. Hadisə nəticəsində mənzilin böyük hissəsi tamamilə yanaraq yararsız hala düşüb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri dərhal əraziyə cəlb olunsa da, mənzildə bir nəfərin yanmış meyiti aşkar edilib.
Faciənin şahidi olan qonşular "Baku TV" əməkdaşlarına hadisə anını və partlayışın gücünü ətraflı şəkildə danışıblar. Onların sözlərinə görə, hadisə gözlənilmədən baş verib və alov qısa müddətdə bütün evi bürüyüb. Hazırda hadisə yerində hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, yanğının dəqiq səbəbləri müəyyənləşdirilir. Suraxanıdakı bu qanlı hadisənin təfərrüatları və hadisə yerindən eksklüziv kadrlar bizim süjetimizdə.
#Suraxanı teqi istifadə olunub
- Suraxanıda bədbəxt hadisə | Ev uçdu, bir nəfər öldü - Baku TV
- Suraxanıda yaşayış evində uçqun olub | Ölən və yaralanan var - Baku TV
- Suraxanı sakinləri dayanacaqsız qaldı | Yağışın altında avtobus gözləyirlər - Baku TV
- Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV
- 10 ildir Qaraçuxur sakinlərinin gününü qara edən problem niyə həll edilmir? - Baku TV
