Pleyeri seçin:

Taksi sürücüsünü amansızlıqla qətlə yetirdilər | 30 il əvvəl baş verən qətlin üstü açıldı - Baku TV

23 aprel 2026 678 baxış

Paytaxtda 30 il əvvəl baş verən qətlin üstü açılıb.

Hadisə 1996-cı il aprelin 10-da qeydə alınıb.

Məlumata görə, Şahin Cəlilovla Hidayət Qafarov əvvəlcədən qrup şəklində planlaşdıraraq “Neftçilər” stansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramovun maşınında müştəri qismində əyləşib və onu Qaraçuxur qəsəbəsi ərazisinə gətiriblər. Həmin şəxslər bir müddət sonra avtomobildə sürücünü boğaraq onu qətlə yetirib, mərhumun meyitini basdırıblar.

Şahin Cəlilovla Hidayət Qafarov mərhuma məxsus avtomobili hissələrə bölərək satıb, əldə etdikləri pulu öz aralarında bölüblər. Cinayətin üstü 30 il sonra açılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən meyitin basdırıldığı ərazidə baxış keçirilən zaman mərhuma məxsus meyit qalıqları (sümüklər) aşkar edilərək ekspertizaya təhvil verilib.

Qonşu Elşən Əhmədov bildirib ki, ərazidə qazıntı işləri aparılanda əvvəlcə nə baş verdiyini anlamayıblar:

“Sonradan öyrəndik ki, burada 1996-cı ildə cinayət hadisəsi törədilib. Sakinləri izahat verməyə çağırdılar. Hadisəni törədənlərdən biri – Hidayət qardaşının evi yaxınlıqda olduğu üçün buralara tez-tez gəlib-gedərdi, sakit insan idi”.

Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydıqları məlumata əsasən, 2026-cı il aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycanın 2000-ci il sentyabrın birinədək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib. İstintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Banner
Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Hadisə
05 noyabr 2026 678 baxış
Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Hadisə
05 noyabr 2026 678 baxış
Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Hadisə
05 noyabr 2026 678 baxış
Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Hadisə
05 noyabr 2026 678 baxış
“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

Hadisə
04 noyabr 2026 678 baxış
Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 678 baxış
ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

Hadisə
04 noyabr 2026 678 baxış
Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 678 baxış
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 678 baxış
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 678 baxış
Seçilmişlər
icon