Taksidə yer üstündə qanlı dava | Biləcəridəki hadisənin detalları açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində qeydə alınıb.
Məlumata görə, 24 yaşlı Əhməd Məmmədli aralarında yaranan mübahisə zamanı 37 yaşlı Vüqar Dünyamalıyevə bıçaqla xəsarət yetirib.
V.Dünyamalıyev Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralıya zəruri tibbi xidmətlər göstərilib, daha sonra əməliyyata alınıb. Hazırda xəstənin müalicələri davam etdirilir, vəziyyəti qənaətbəxş olaraq qiymətləndirlir.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Məmmədli Əhməd Vüqar oğlu saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
#Bıçaqlanma hadisəsi teqi istifadə olunub
- Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV
- Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
